Türkiyənin zəlzələ bölgəsi olan Kahramanmaraş şəhərinin Pazarcık rayonunda güclü fırtına olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fırtına nəticəsində 1 nəfər ölüb, 44 nəfər yaralanıb.
Hava şəraiti səbəbindən 170 çadırın zədələndiyi bildirilir.
Qasırğanın təsiri ilə bəzi avtomobillər aşıb.
Dağıntıların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.
Şəbnəm Mehdizadə
