Türkiyənin Samsun Şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yolun kənarındakı mağazaya girib.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, onlardan 1-nin vəziyyəti ağırdır.
Həmçinin qəzada 2 avtomobil və 1 motosikletə ciddi ziyan dəyib.
Faktla bağlı cinayət işi açılıb.
Şəbnəm Mehdizadə
