Məzmuna keç

Yanacaq tankeri pikapla toqquşdu, ölən və yaralılar var

Türkiyənin Şırnak şəhərində yanacaqdaşıyan tankerlə pikap toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları və xilasetmə qrupları cəlb edilib.

Xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Qəzadan sonra tankerdəki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəbnəm Mehdizadə