Ötən gecə Xerson vilayəti mərmi və ağır artilleriyadan atəşə tutulub.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, rus hərbçiləri son sutka ərzində 75 hücum həyata keçirib, ağır artilleriya, PUA və aviasiyadan 389 mərmi atıb.
Hücumlar nəticəsində bir ukraynalı ağır yaralanıb.
Prokudin xatırladıb ki, işğal olunmuş ərazilərdən evakuasiya davam edir. Gün ərzində 118 ukraynalı çıxarılıb.
Şəbnəm Mehdizadə
