Türkiyədən qanunsuz yolla Yunanıstana keçmək istəyən 3 nəfər saxlanılıb.
E-huquq.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərhədi qanunsuz keçmək hallarına qarşı mübarizə davam etdirilir.
"Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 3 nəfəri yaxalanıb. Aparılan araşdırmalar zamanı həbs edilən şəxslərdən birinin PKK/KCK terror təşkilatının üzvü olduğu müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
