Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
E-huquq.az "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
Onun sözlərinə görə, tərəflər Rusiya-Ukrayna müharibəsi və ikitərəfli münasibətləri müzakirə edəcək.
"Müharibənin qarşısını almaq üçün gücümüzü birləşdirək. Türkiyə hər iki tərəflə danışa bilən bir ölkə olaraq rol almağa hazırdır. Rusiya-Ukrayna savaşı Rusiya ilə Qərb arasında gedən müharibədir. Gəlin, minlərlə insan ölmədən sülh danışıqları üçün çalışaq. Qlobal təhlükəsizlik məkanını necə yarada biləcəyimizi düşünək. Biz Ermənistanla normallaşma prosesinə başladıq. Gəlin, regionda sülh və sabitlik mühiti yaradaq. Bu, həm də Ermənistana iqtisadi cəhətdən müsbət təsir edəcək", – Kalın bildirib.
Şəbnəm Mehdizadə
