Türkiyənin Aydın şəhərində leysan yağışları bir sıra fəsadlar törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhərin sökə kəndində evlərdən birinə ildırım düşüb. Nəticədə binada yanğın başlayıb.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, evə ziyan dəyib.
Kuşadası mahalında isə yağan güclü yağışlar nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Şəbnəm Mehdizadə
