Braziliyada təhlükəsizlik qüvvələrinin cinayətkar dəstəyə qarşı keçirdiyi əməliyyat zamanı 7 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Goias əyalətində baş verib.
Dəstə üzvləri polisin "təslim ol" əmrinə atəşlə cavab verib və nəticədə silahlı qarşıdurma yaşanıb.
Hadisə nəticəsində dəstənin 7 üzvü öldürülüb, 5 nəfər isə hadisə yerindən qaçıb.
Əməliyyat çərçivəsində çoxlu sayda silah və oğurlanmış 4 avtomobilin ələ keçirilib.
Qaçan dəstə üzvlərinin tutulması üçün əməliyyatın davam etdiyi bildirilib.
Şəbnəm Mehdizadə
