Məzmuna keç

Sudandakı qarşıdurmalarda 15 suriyalı ölüb

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən silahlı qarşıdurmalarda 15 Suriya vətəndaşı həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın Xartumdakı səfirliyinin müvəqqəti işlər vəkili Bişr əl-Şiar məlumat verib.

Münaqişə tərəflərinin minlərlə insanın getdiyi təxliyyə karvanlarına mane olmadıqlarını bildirən Şiar, suriyalıların təxliyəsi üçün konkret proqramın olmadığını bildirib.

“Sonuncu suriyalı evakuasiya edilənə qədər Sudanı tərk etməyəcəyik”, – deyə o qeyd edib.

Sudanda 30 minə yaxın suriyalının olduğu təxmin edilir.

Qeyd edək ki, aprelin 15-də başlayan qarşıdurmalarda 512 nəfər həyatını itirib, 4 193 nəfər yaralanıb.

Şəbnəm Mehdizadə