Məzmuna keç

Kolumbiyada 7 nazir istefa verdi

Kolumbiyada 7 nazir istefa verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin daxili işlər, səhiyyə, kənd təsərrüfatı, elm, maliyyə, nəqliyyat, rabitə və texnologiya nazirləri istefa verdiklərini açıqlayıblar.

Müdafiə, xarici işlər, energetika və mədən nazirlərinin vəzifələrində heç bir dəyişiklik olmadığı və istefa verən nazirlərin yerinə yeni nazirlərin təyin edildiyi bildirilib.

Qeyd edək ki, Kolumbiya Prezidenti Qustavo Petro "Twitter" səhifəsində etdiyi paylaşımda çoxluğun qərarı ilə qəbul edilən siyasi koalisiyanın bəzi partiya liderlərinin qərarı ilə başa çatdığını açıqlayıb.

Xalqın əksəriyyətinin dəyişiklik çağırışı etdiyini qeyd edən Petro, "Təhdidlər və məzhəbçiliklə dəyişiklik tələbini ört-basdır edilməyə çalışırlar. Belə bir vəziyyət bizi hökuməti yenidən qurmağa vadar edir", – deyə bildirmişdi.

Şəbnəm Mehdizadə