Nigeriya 3500 vətəndaşını Sudandan təxliyə edəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Diasporadakı Nigeriyalılar Komissiyasının (NIDCOM) sədri Abike Dabiri-Ereva deyib.
O,Nigeriya vətəndaşlarının avtobuslarla Misirin paytaxtı Qahirəyə çatdıqdan sonra təyyarə ilə Nigeriyaya gətiriləcəyini bildirib.
Digər tərəfdən, Nigeriyanın xarici işlər naziri Geoffrey Onyeama Sudanda davam edən qarşıdurmada həyatını itirən nigeriyalı olmadığını bildirib.
Onyeama, Sudandakı vətəndaşlarının təxliyyəsində tələbələrə və qadınlara üstünlük veriləcəyini bildirdi.
Şəbnəm Mehdizadə
