Məzmuna keç

Ukrayna DİN: “Baxmutda rusların hücumunun qarşısı alınıb, düşən itkilər verib”

"Donetsk vilayətinin Baxmut şəhərində Ukrayna sərhədçiləri rus işğalçılarının hücumunun qarşısı alınıb".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin "Telegram" kanalında bildirilib.

Məlumata görə, 3 rus hərbçisi yaralanıb, ikisi isə məhv edilib.

"Müdafiəçilərimizin atdığı minalar dağıdılmış binaya daxil olmaq istəyən rus əsgərlərinin düz yanına düşüb. Bu, onların səpələnməsinə və növbəti hücumunun mümkünsüzlüyünə səbəb olub", – Daxili İşlər Nazirliyi qeyd edib.

Şəbnəm Mehdizadə