Məzmuna keç

Bir ailənin 6 üzvü göbələkdən zəhərləndi

Türkiyənin Ərzincan şəhərində bir ailənin 6 üzvü göbələkdən zəhərlənib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaylaqdan topladıqları göbələkdən hazırlanmış yeməyi yeyən ailə üzvləri bir müddət sonra özlərini piss hiss etməyə başlayıb.

Qarın ağrısı və qusma şikayətləri ilə təcili yardıma müraciət edən 6 nəfər Ərzincan Mengücek Qazi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Şəbnəm Mehdizadə