Məzmuna keç

Tailandda qadın 12 nəfəri sianid turşusu ilə zəhərləyib öldürməkdə ittiham olunur

Tailandın paytaxtı Banqkokda qadın dostlarını sianid turşusu ilə zəhərləyərək öldürməktə ittiham olunur.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Sararat Ranqsivutaporn adlı qadının bu yolla 12 nəfəri öldürüyü bildirilir.

Belə ki, Ranqsivutaporn sonuncu dəfə iki həftə əvvəl dostu Siriporn Xanvonqla tətilə gedib və Xanvonq çay sahilində huşunu itirərək dünyasını dəyişib. Tayland polisindən verilən açıqlamaya görə, ekspertiza zamanı Xanvonqun bədənində sianid aşkar edildiyi, telefonunun, pulqabısının və çantasının da itdiyi qeyd edilib.

Ranqsivutapornun dostları ard-arda öldükdən sonra polis araşdırmaları gücləndirib. Cinayətlərin 2020-ci ildə başladığını və bütün qurbanların eyni şəkildə öldüyünü bildirən polis, bəzi cəsədlərin yandırıldığını bildirib. Ölənlər arasında iki polis də var.

Ötən gün şübhəli şəxs qismində saxlanılan qadın ona qarşı sürülən ittihamları rədd edib.

Şəbnəm Mehdizadə