Məzmuna keç

Reznikov Rusiya ilə gələcək danışıqların mövzularını açıqladı

"Ukrayna və Rusiya arasında sülh danışıqları gələcəkdə də davam edəcək. Onların əsas mövzusu Rusiya Federasiyasının təslim olması şərtləri, təzminatların ödənilməsi qaydası və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üsulları olacaq".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib.

Onun sözlərinə görə, xarici tərəfdaşlar heç vaxt onunla Rusiya ilə sülh danışıqlarına başlamaq məsələsini müzakirə etməyiblər: "Çünki onlar Ukraynanın Rusiyanın hazırkı rəhbərliyi ilə danışıqlar masası arxasına əyləşməyi planlaşdırmadığını aydın başa düşürlər"

"Biz gələcəkdə Rusiyanın ödəməli kompensasiyalar və beynəlxalq tribunalın qərarını necə həyata keçirməyi müzakirə edəndə danışıqlar masasına oturacağıq. Biz Moskvanın təslim aktını da müzakirə edəcəyik”, – Reznikov bildirib.

Şəbnəm Mehdizadə