Məzmuna keç

Xerson atəşə tutulub, ölən və yaralılar var

Rus işğalçıları son sutka ərzində Xersona 39 hücum həyata keçirib, ağır artilleriyadan, “Qradov”dan, pilotsuz təyyarələrdən və aviasiyadan 163 mərmi atıblar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin deyib.

O vurğulayıb ki, rus hərbçiləri regionun yaşayış məntəqələrinə və Xersonun mərkəzində dövlət qurumunun binasına daxil olublar.

"Rusiyanın təcavüzü nəticəsində bir nəfər ölüb, biri uşaq olmaqla üç nəfər yaralanıb", – Prokudin öz "Telegram" kanalında bildirib.

Administrasiyanın rəhbəri, həmçinin deyib ki, gün ərzində Xerson vilayətinin işğaldan azad edilmiş ərazisindən 62 nəfər təxliyə edilib.

Şəbnəm Mehdizadə