Məzmuna keç

Rusiya ordusu Baxmutdakı bəzi mövqelərini tərk edib

"Donetsk vilayətinin Baxmut şəhərinin bəzi rayonlarında ukraynalı müdafiəçilər əks hücuma keçərək rus işğalçılarını mövqeləri tərk etməyə məcbur ediblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

"Baxmut istiqamətində intensiv döyüş əməliyyatları davam edir. Düşmən çoxsaylı hücumlar həyata keçirib, bir neçə istiqamətdə mövqelərimizin müdafiəsini yarmağa çalışıb. Lakin müdafiəçilərimizin dözüm və cəsarəti sayəsində düşmənin cəhdləri uğursuz alınıb", – Sırski bildirib.

Onun sözlərinə görə, Baxmut istiqamətində irəliləmək üçün ruslar maksimum səy göstərir: "Lakin düşmən şəhəri nəzarətə götürə bilmir. Vəziyyət kifayət qədər mürəkkəbdir. Eyni zamanda, hərbi hissənin bəzi hissələrində hərbi əməliyyatlar aparılır".

Sırski həmçinin bildirib ki, cəbhənin Liman istiqamətində ukraynalı müdafiəçilər son bir neçə gün ərzində çoxsaylı basqınları dəf ediblər: "Düşmənin mövqelərimizi ələ keçirmək cəhdləri baş tutmadı. Düşmən itki verdi, 10 əsgərini əsir götürdük".

Şəbnəm Mehdizadə