Məzmuna keç

Hərbi Administrasiya: “İşğalçılar Jitomir vilayətində sənaye obyektinə zərbələr endirib”

"Mayın 1-də rus işğalçıları Jitomir vilayətində sənaye obyektinə zərbələr endiriblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Jitomir Hərbi Administrasiyasının sözçüsü İrina Dembitskaya deyib.

Onun sözlərinə görə, mütəxəssislər hazırda hücumla bağlı araşdırma aparır.

Hava xəbərdarlığı elan edildikdən sonra səhər saatlarında Jitomir Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçko "Telegram" səhifəsində məlumat yayaraq bölgə sakinlərini sığınacaqlarda qalmağa, hava hücumundan müdafiə əməliyyatının foto və videolarını çəkməməyə və paylaşmama çağırıb.

Qeyd edək ki, Jitomirdə və bölgədə həyəcan siqnalı həmin gecə saat 03:42-dən 06:32-dək davam edib.

Şəbnəm Mehdizadə