Türkiyənin Mardin şəhərinin Nusaybin rayonununda küçəyə çıxmaq qadağan edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, buna səbəb həmin ərazidə PKK teror təşkilatına qarşı əməliyyatların keçirilməsidir.
Bildirilib ki, Nusaybin rayonunun ərazində separatçı terror təşkilatı üzvləri və onların əlbirlərinin zərərsizləşdirilməsi, sığınacaqlarının və anbarlarının məhv edilməsi, silah-sursatının ələ keçirilməsi məqsədilə anitterror əməliyyatları keçiriləcək.
"Bu səbəbdən 2 may 2023-cü il saat 04:00-dən etibarən əməliyyatlar başa çatanadək Nusaybin mahalının Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol, Güneli ərazilərində küçəyə çıxmaq qadağan edilir. Vətəndaşları bu qadağaya əməl etməyə və həyatlarını təhlükəyə atmamamağa çağırırıq", – məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
