Məzmuna keç

Pakistanda leysan yağışlar 8 nəfərin həyatına son qoyub

Pakistanda leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 8-ə çatıb.

Bu barədə e-huquq.az xarici KİV-ə istinadən xəbər verir.

Regional Fəlakət İdarəsindən (PDMA) verilən açıqlamaya görə, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində dünən başlayan şiddətli yağışdan sonra dolu yağıb.

Bəlucistanın Huzdar, Lasbela, Keç, Kila Seyfullah, Kohlu və Çaman bölgələrində itki qeydə alınıb.

İdarə iki əsas yolun bağlanması nəticəsində əyalətin ölkənin digər hissəsi ilə əlaqəsinin kəsildiyini qeyd edib.

Güclü yağışlar, həmçinin təsərrüfata da ciddi ziyan vurub, xeyli sayda heyvan tələf olub.

Şəbnəm Mehdizadə