"Bu gecə Nikopol yenidən artilleriya silahlarından atəşə tutulub. Səhər də onlar atəş açıblar. Ölən və yaralanan yoxdur, xilasedicilər şəhərdə işləyir".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Sergey Lısak deyib.
O, həmçinin bu günlərdə Pavloqradın atəşə tutulması nəticəsində zərər çəkmiş uşaqların vəziyyəti barədə məlumat verib. Bildirib ki, onların müalicəsi davam etdirilir və həyati təhlükə yoxdur.
Şəbnəm Mehdizadə
