Məzmuna keç

İstanbulda “Taxıl sazişi”nin uzadılması müzakirə olunacaq

Mayın 5-də Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin İstanbulda görüşü planlaşdırılır.

E-huquq.az "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, görüşdə "Taxıl sazişi"nin uzadılması məsələsi müzakirə olunacaq.

"Ümid edirik ki, "Taxıl sazişi" davam edəcək. Çünki bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddəti uzatmağa hazırdır. Arzumuz bu təşəbbüsü problemsiz genişləndirməkdir”, – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə