Məzmuna keç

Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 34 nəfər xəsarət alıb

Türkiyənin Muğla şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, hadisə qəza yerli vaxtla saat 10:30 radələrində Menteşe-Yatağan avtomobil yolundanda qeydə alınıb.

Belə ki, mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 34 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlarndan 4-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şəbnəm Mehdizadə