Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pəncə-Kilit” əməliyyatı bölgəsində son 10 gün ərzində 40 yaxın terrorçu zərərsizləşdirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə maziri Hulusi Akar məlumat verib.
O, terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirib: "Mehmetcik son nəfəsinə qədər mübarizə aparacaqş İraqın şimalında terrorçuların düşərgələri, sığınacaqları dağıdılıb və bu proses davam edir".
Suriyanın şimalında qurulması nəzərdə tutulan terror dəhlizinin darmadağın edildiyini xatırladan Akar 24 iyul 2015-ci ildən bu yana 37 min 793 terrorçu zərərsizləşdirildiyini vurğulayıb.
Şəbnəm Mehdizadə
