"Son sutka ərzində rus işğalçılarının 40 hücum dəf edilib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
"Düşmən əsas səylərini Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləyib. Ən şiddətli döyüşlər Baxmut və Maryinka uğrunda gedir", – deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
