"Rus işğalçıları Severodonetsk şəhərində təmir adı altında mənzillərə soxulur və qarət edirlər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Severodonetsk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Aleksandr Stryuk bildirib.
"Ötən ilin noyabr ayından başlayaraq guya təmir işləri aparmaq üçün evlərə girirlər. Eyni zamanda, sahibi olmayan nisbətən dəbdəbəli mənziillərə daxil olaraq oradakı hər şeyi aparırlar", – Stryuk deyib.
Onun sözlərinə görə, hazırda Severodonetskdə yerli əhalinin təxminən 10 min nəfəri qalıb: "Onlar Rusiya sənədlərini almaq müqabilində işğalçı hakimiyyət tərəfindən verilən sosial ödənişlər hesabına dolanırlar".
Şəbnəm Mehdizadə
