Türkiyənin Bursa şəhərində ağır yol-qəza hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil əvvəlcə bir iş yerinin dəmir qapısına, daha sonra isə qarşısındakı avtomobilə çırpılıb.
Nəticədə avtomobil iki hissəyə ayrılıb, iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraitində sürücünün yüksək sürətlə hərəkət etməsi olub.
Şəbnəm Mehdizadə
