Məzmuna keç

Nigeriyada partlayıcı maddələr hazırlayanlar ömürlük həbs oluna bilər

Nigeriyada partlayıcı maddələr hazırlayanlara ömürlük həbs cəzasının verilməsi təklif olunur.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Senat ölkədə qeyri-qanuni partlayıcı maddələr hazırlayanların ömürlük həbsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi prezidentin təsdiqinə təqdim edilməzdən əvvəl Nümayəndələr Palatasında müzakirə olunacaq.

Qedy edək ki, Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində terror təşkilatları "Boko Haram" və ISWAP terror təşkilatlarının, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşir. Bildirilir ki, terrorçuların və silahlı dəstə üzvlərinin istifadə etdiyi partlayıcı maddələrin əksəriyyəti yerli bazarda mövcud olan ammonium nitrat və karbamiddən hazırlanır.

Şəbnəm Mehdizadə