Kanadada son 7 ildə ölkədəki həbsxanalarda qalan 9 məhbus evtanaziya ilə həyatlarına son qoyub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kalqari Universitetinin Sosial Xidmətlər Departamentinin müəllimi Cessika Şou tərəfindən aparılan araşdırmada qeyd olunub.
Şou məhbuslar arasında evtanaziya ilə həyatlarına son qoymaq istəyənlərin sayının artdığına diqqət çəkib.
Bildirib ki, Kanadada evtanaziyaya icazə verən qanunun qüvvəyə mindiyi 2016-cı ilin iyunundan 2023-cü il martın 31-dək 27 məhbus evtanaziya üçün müraciət edib. Müraciət edənlərdən 9-nun arzusu yerinə yetirilib və evtanaziya ilə həyatlarına son qoyulub.
Şounun araşdırmasına görə, oxşar təcrübə son illərdə İsveçrə, Belçika və İspaniya həbsxanalarında həyata keçirilir. Bu ölkələrin hər birində yalnız bir məhbus evtanaziya yolu ilə həyatına son qoyub.A
Araşdırmaçının sözlərinə görə, prosedurla bağlı şəffaflığın olmaması narahatlıq doğurur. Həbsxanalarda evtanaziya ilə bağlı ictimaiyyəti məlumatlandırmağa çağıran Şou, "Dəmir barmaqlıqlar və bağlı qapılar arxasında baş verənlərdən narahatıq",- deyə bildirib.
Şəbnəm Mehdizadə
