Məzmuna keç

İstanbulda PKK/KCK terror qruplaşmasına qarşı əməliyyat keçirilib, 16 nəfər saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində PKK/KCK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ümumilikdə 11 rayonda keçirilən əməliyyatlarda 16 nəfər saxlanılıb.

Axtarış aparılan ünvanlarda sənədsiz silahlar və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Saxlanılan şəxslərin istintaqı davam etdirilir.

Şəbnəm Mehdizadə