Pakistanda keçmiş baş nazir İmran Xanın həbsindən sonra başlayan etiraz aksiyalarında ölənlərin sayı 9 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalar zamanı 290-dan çox insan yaralanıb.
Aksiyalar zamanı 200-dən çox polis əməkdaşı yaralanıb, polisə məxsus bir çox avtomobil yararsız hala salınıb.
Ümumilikdə 1900-dən çox partiya tərəfdarının saxlanıldığı bildirilir.
Qeyd edək ki, mayın 9-da Pakistanın sabiq Baş naziri və “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xan İslamabadda həbs olunub. O, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.
Şəbnəm Mehdizadə
