Məzmuna keç

Türkiyədən Yunanıstana qaçmaq istəyən 12 terrorçu saxlanılıb

Türkiyənin Ədirnə şəhərində Yunanıstana qaçmağa cəhd edən 12 terror təşkilatı üzvü saxlanılıb.

Bu barədə e-huquq.az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, aparılan yoxlamalar zamanı Yunanıstanla sərhəddə qadağan olunmuş zonada 9 FETÖ, 2 PKK və 1 İŞİD terror təşkilatı üzvü yaxalanıb.

Saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə