Məzmuna keç

Rusiya son sutkada Ukraynada 750 hərbçisini itirib

Rusiya Silahlı Qüvvələri son sutkada Ukraynada 750 hərbçisini itirib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da Rusiyanın canlı qüvvə itkisi 197 670 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 745 tank, 7 295 zirehli maşın, 2 636 operativ-taktiki PUA, 3 068 artilleriya sistemi, 312 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 996 avtomobil və tanker, 955 qanadlı raket, 18 gəmi və kater, 393 xüsusi texnikadan ibarətdir.

Şəbnəm Mehdizadə