"Ukrayna Silahlı Qüvvələri son sutka ərzində cəbhədə düşmənin 44 hücumunu dəf edib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qeyd olunub ki, rus hərbçiləri dörd əməliyyat istiqamətində – Limanski, Baxmutski, Avdeyevski və Maryinskidə irəliləməyə cəhd ediblər.
"Düşmən Baxmut şəhəri hüdudlarında irəliləməyə davam edir. Bundan əlavə, ötən sutka ərzində düşmən Stupoçek istiqamətində uğursuz hücum cəhdi edib", – deyə məlumatda deyilir.
Şəbnəm Mehdizadə
