Məzmuna keç

Antalyada təkrar emal müəssisəsində yanğın olub

Türkiyənin Antalya şəhərində təkrar emal müəssisəsində güclü yanğın hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, müəssisədə plastik məmulatların alışması ilə başlayan yanğın getdicə böyüyüb.

Dərhal əraziyə yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Yanğın nəzarətə götürülüb.

Hadisə nəticəsində yaxınlıqdakı istixana da yanıb.

Yanğın zamanı xəsarət alan olmasa da, müəssisəyə külli miqdarda ziyan dəyib.

Şəbnəm Mehdizadə