Məzmuna keç

Yeni Zelandiyanda hosteldə yanğın olub, ölənlər var

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda yerləşən hosteldə gecə saatlarında yanğın baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 6 nəfər ölüb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Vellinqton bölgəsinin yanğın və fövqəladə hallar üzrə məsul işçisi Nik Pyatt verdiyi açıqlamada binadan 52 nəfərin təxliyə olunduğunu, lakin çoxlu sayda insanın içəridə qaldığını bildirib.

Vellinqton Bələdiyyə Başçısı Tory Whanau isə ölənlərin dəqiq sayını müəyyən etmək üçün araşdırmaların davam etdiyini qeyd edib.

Yanğının səbəbi hələlik məlum deyil

Şəbnəm Mehdizadə