"Ukrayna müdafiəçiləri gün ərzində cəbhənin əsas istiqamətlərində: Limanski, Baxmutski, Avdeyevski və Maryinskidə düşmənin 49-dan çox hücumunu dəf ediblər".
E-huquq.az UNİAN-a istinadən xəvər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata görə, hərbi əməliyyatların mərkəzi Baxmut və Maryinkadır.
"Son sutka ərzində işğalçılar Liman istiqamətində demək olar ki, hücum əməliyyatları keçirməsələr də, təyyarələrlə Spornoye kəndini vurublar. Həmçinin, Makeyevka, Beloqorovka (Luqansk vilayəti), Verxnekamenski və Spornıya (Donetsk vilayəti) artilleriyadan zərbələr endirilib. Baxmut şəhəri üçün “qaynar” qarşıdurmalar davam edir. Qala şəhərinə qarşı hücum hərəkətləri ilə yanaşı, işğalçılar İvanovskoye qəsəbəsi istiqamətində irəliləməyə uğursuz cəhd ediblər. Donetsk vilayətinin Qriqorovka, Boqdanovka, Baxmut, İvanovskoye, Stupochki, Drujba, Aleksandro-Şultino, Severnoye, Jeleznoye, Petrovka, Toretsk şəhərləri atəşə tutulub. Müdafiə Qüvvələri Avdiivka və Maryinka yaxınlığında çoxsaylı hücumları də dəf edib. Həmçinin, Donetsk vilayətinin Stepnoye, Lastochkino, Avdiivka, Pervomayskoye və Karlovka kəndləri artilleriyadan atəşə tutulub", – məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
