Qanada mədənin çökməsi nəticəsində 7 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çökmə Korle Teye bölgəsindəki qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.
Axtarış-xilasetmə işləri nəticəsində 5 nəfər xilas edilib. Dağıntılar altında qalan çox sayda insandan hələ də xəbər yoxdur
Yerli sakinlər çökməyə güclü yağışın səbəb olduğunu iddia edirlər.
Şəbnəm Mehdizadə
