Türkiyənin Maltepe vilayətində 12 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağışlı havaya görə yolların sürüşkən olması avtomobillərin idarəetmədən çıxaraq bir-birinə çırpılmasına səbəb olub.
Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Avtomobillər evakuatorların köməyi ilə çıxarıldıqdan sonra yol yenidən nəqliyyatın hərəkətinə açılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
