Rusiya ordusu son 24 saat ərzində Ukrayna ərazisinə 57 hava və 96 raket zərbəsi endirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Mayın 17-nə keçən gecə Nikolayevə iki "Kalibr" atılıb. Bundan əlavə, Donetsk vilayətinin Konstantinovka şəhərinə "S-300"lərlə iki zərbə endirlib.
"Düşmən 6 “Kinjal” tipli aeroballistik raket, 13 “Kalibr” qanadlı raket və 10 yerüstü raket (S-400, “İskəndər-M”) atıb, onlardan 25-i müdafiəçilərimiz tərəfindən məhv edilib. Mülki infrastruktur dağıdılıb. Xüsusən, Xarkov vilayətinin Dvureçnaya, Volçansk və Tişchenkovka yaşayış məntəqələrinin ruslar tərəfindən atəşə tutulması nəticəsində ölən və yaralanan dinc sakinlər var. Fərdi yaşayış evləri, xəstəxana və digər mülki infrastruktur dağıdılıb. Ukrayna ərazisində növbəti raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır", – Baş Qərargahın məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
