MİT Suriyada PKK/YPG-nin məsul şəxsini məhv edib


  • 17 May 2023 13:16

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyada keçirdiyi əməliyyatda PKK/YPG terror təşkilatının Ayn Əl Ərəb üzrə "maliyyə məmuru" adlandırılan Tuba Karakoçu zərərsizləşdirib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, Karakoç 2013-cü ildə PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyanın bir çox bölgələrində fəaliyyət göstərib.

Türkiyədə bir çox terror fəaliyyətində iştirak edən Karakoçun Suriyadakı təşkilata maliyyə dəstəyi vermək üçün İraqa getdiyi öyrənilib.

Təqib olunan Karakoç MİT-in Suriyanın Sirrin/Ayn İsa bölgəsində keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər