İtaliyada 3 nəfər selin qurbanı oldu


  • 17 May 2023 17:55

İtaliyanın şimalında yağan leysan yağışlar nəticəsində çayların su səviyyəsinin qalxması sel fəlakətinə səbəb olub.

E-huquq.az xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib.

Məlumata görə, ölkənin Emilia-Romanya bölgəsində bir çox məntəqə su altında qalıb.

Bölgənin mərkəzi olan Çesena şəhərinin meri Enzo Lattuca sakinləri daha yüksək mərtəbələrə çıxmağa və sahildən uzaqlaşmağa çağırıb. Lattuca bəzi körpülərin və magistral yolların palçıqla örtüldüyü üçün nəqliyyatın hərəkətinin bağlandığını da bildirib.

Mülki Müdafiə və Dəniz Siyasətləri Naziri Nello Musemeci ən az 5 min insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.

Küçə və prospektləri su basması səbəbindən xilasetmə işləri dayandırılsa da, itkin düşdüyü bildirilən 3 nəfərin axtarışları davam edir.

İtaliyanın baş naziri Corciya Meloni isə hökumətin vəziyyəti nəzarətdə saxladığını və lazımi yardım üçün müdaxilə etməyə hazır olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər