Məzmuna keç

ISW: “Rusiya Baxmut bölgəsində təşəbbüsü itirib”

"Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində məhdud əks-hücumları fonunda rus işğalçıları cəbhənin bu sektorunda təşəbbüsü itirirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu fikirlər ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında yer alıb.

Analitiklər qeyd ediblər ki, hazırda Ukrayna qüvvələrinin uğurları həm Ukrayna Müdafiə Nazirliyində, həm də Rusiya Müdafiə Nazirliyində təsdiqlənir.

ISW Rusiya Müdafiə Nazirliyinə istinadən Ukrayna Silahlı Qüvvələrinin Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovski (Baxmutun qərbindən 6 km) bölgələrində irəliləməsi haqqında yazır.

Ekspertlər bildirir ki, Ukraynanın əks-hücumları məhdud olsa da, işğalçılar artıq bu mərhələdə döyüş meydanında təşəbbüsü itirməyə başlayıblar.

Şəbnəm Mehdizadə