Türkiyənin İstanbul şəhərində 7 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
E-huquq.az "Habertürk"ə istinadən xəbər verir ki, 2 yük maşını və 5 minik avtomobilin toqquşduğu qəzada 1 nəfər yaralanıb.
Qəza səbəbiylə Ədirnə istiqamətində nəqliyyatın hərəkətində sıxlıq meydana gəlib.
İlkin ehtimala görə, qəzaya havanın yağışlı olması səbəb olub.
Şəbnəm Mehdizadə
