Məzmuna keç

Rusiya Xersonu atəşə tutub, ölənlər var

"Rusiya Silahlı Qüvvələri ötən gecə Kiyev vilayətinə pilotsuz təyyarələrlə kütləvi hücum edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Məlumata görə, səhər saatlarında isə Xerson vilayətinin yaşayış məntəqələrinə də aviazərbələr endirilib: "Berislav rayonunda Berislav və Kindiyka kəndləri atəşə tutulub. Düşmən mərmisi fərdi yaşayış evinə düşüb. 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Ciddi dağıntılar qeydə alınıb".

"Faktla bağlı araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbçilərinin törətdiyi növbəti hərbi cinayəti sənədləşdirmək üçün hadisə yerində işləyirlər", – Prokurorluğun məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə