Məzmuna keç

Ukrayna SQ: “Kupyansk və Liman istiqamətində işğalçıların hücumlarının sayı azalıb”

"Kupyansk və Liman istiqamətində son iki gündə rus işğalçılarının hücumlarının sayı əhəmiyyətli dərəcədə azalıb".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində deyib.

"Onlar yaxın vaxtlara qədər Kupyansko-Limanski istiqamətində 5-7 arası hücum təşkil etməyə çalışırdılar. Son iki gündə biz onların bir qayda olaraq bir hücumu həyata keçirməyə qadir olduğunu gördük", – Çerevatı bildirib.

"Beloqorovka ərazisində onlar bölmələrimizə basqın etməyə cəhd göstərib, itki verib və geri çəkiliblər. 32 işğalçı öldürülüb, 79 nəfər yaralanıb, biri əsir götürülüb", – o qeyd edib.

Şəbnəm Mehdizadə