Türkiyənin Hakkari vilayətində hərbi zirehli maşın qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 14.00 radələrində Hakkari-Van yolunun 30-cu kilometrliyində, Erziki körpüsü yaxınlığında baş verib. Belə ki, içərisində hərbçilərin olduğu maşın sürücünün idarə etməni itirməsi nəticəsində aşıb.
Hadisə nəticəsində 12 əsgər xəsarət alıb.
Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralılardan 2-si Hakkari Dövlət Xəstəxanasına aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir.
Şəbnəm Mehdizadə
