Məzmuna keç

ABŞ və Ukrayna prezidentləri Yaponiyada danışıqlar aparacaqlar

ABŞ prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Vladimir Zelenski mayın 21-də Xiroşimada (Yaponiya) danışıqlar aparacaqlar. Həmin şəhərdə "G7" ölkələrinin Zirvə görüşü keçirilir.

E-huquq.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin iş cədvəlində qeyd olunub.

"Saat 14:15-də Prezident [Bayden] Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşdə iştirak edir", – deyə mətndə bildrilib.

Danışıqların "Grand Prince Hiroshima" oteiində aparılacağını qeyd edilib. Danışıqlardan əvvəl protokol çəkilişlərinin aparılması gözlənilir.