Məzmuna keç

Zelenski Baxmutu itirdiyini təsdiqlədi

Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin ukraynalı müdafiəçilər tərəfindən itirilməsini təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualı ABŞ prezidenti Co Baydenlə Yaponiyada görüşdən əvvəl jurnalistlər tərəfindən verilib.

“Düşünürəm ki, yox”, – Ukrayna dövlətinin başçısı bildirib. “Bu gün Baxmut yalnız bizim qəlbimizdədir”, o əlavə edib.