Məzmuna keç

Filippində poçt binasında yanğın olub, 7 nəfər yaralanıb

Filippinin paytaxtı Manilada tarixi poçt binasında yanğın baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında başlayan yanğında 7 nəfər yüngül xəsarət alıb.

Beşmərtəbəli binanın zirzəmisində baş verən yanğın 7 saat sonra nəzarətə götürülüb.

Rəsmilər yanğının səbəblərini və dəymiş ziyanı araşdırır.

Qeyd edək ki, bina ölkənin əsas poçt çeşidləmə və paylama mərkəzi idi. Əvvəllər Filippin Poçt Şirkətinin baş ofisi olub. 1926-cı ildə tikilmiş bina İkinci Dünya Müharibəsində zədələnib və 1946-cı ildə yenidən tikilib.

Şəbnəm Mehdizadə